FHN batan şəxsi xilas edib

FHN batan şəxsi xilas edib
  03 İyul 2017    Oxunub:1119
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Şirvan şəhərində 1 nəfərin çayda çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti