Xaçmazda ötən gün göldə batan şəxsin meyiti tapılıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 14-də Xaçmaz rayonu, Moruqoba kəndi ərazisində suni göldə batan, 1952-ci il təvəllüdlü Kuçeryavıy Vyaçeslav Anatoliviçin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən tapılaraq sudan çıxarılıb.