“63 yaşında necə daş daşıyıb, asfalt töksünlər? - YAP-çı deputat

“63 yaşında necə daş daşıyıb, asfalt töksünlər? - YAP-çı deputat
  23 Noyabr 2017    Oxunub:4036
“Azərbaycanda pensiya sisteminə keçidlə bağlı MDB ölkələri ilə müqayisədə mühüm addımlar atılıb. Amma buna baxmayaraq, müəyyən məsələlər qalmaqdadır. Belə ki, ölkəmizdə ağır işdə çalışanların pensiya yaşının digərləri ilə eyni olması məsələsi diqqəti cəlb edir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" layinənin müzakirəsi zamanı deyib.

S.Novruzov bildirib ki, ölkəmizdə pensiyaya çıxan zaman ağır işlər silsiləsi qeyd olunanda əsasən kimyəvi zavodlar və digər yerlər nəzərdə tutulur:

“Bu da işləyənlərin 2-3 faizini əhatə edir. Lakin elə sahələr var ki, onlar ağır nəzərdə tutulmayıb. Bildiyiniz kimi bizdə pensiya yaşı 65-dir. Belə olan halda, kiminsə 63 yaşı varsa və onun tikintidə işləmək gücü yoxdursa, necə daş daşıyıb, asfalt tökməlidir? Məhz buna görə də belə insanlar müəyyən yollarla əlillik alıb pensiyaya çıxırlar. Bu baxımdan bu cür kateqoriyalı insanların siyahısı hazırlanmalıdır. Tikinti sektorunda çalışanların hansı yaşda pensiyaya çıxmağı müəyyənləşməlidir. Müəllimlər, alimlərlə birgə tikintidə işləyənlərə eyni pensiya yaş həddini qoymaq düzgün deyil. Bu təbəqənin hüquqlarını qorumalıyıq. Digər ölkələrdə 25 il bir yerdə çalışanların pensiyaya çıxmaq hüququ var”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov  





Xəbər lenti