AzVision.az xəbər verir ki, bu barədə Morqan öz “Twitter” səhifəsində yazıb. ABŞ prezidenti təklif barədə düşünmək üçün jurnalistdən vaxt istəyib.
“Prezident Trampa “Arsenal”ın yeni baş məşqçisi olmağı təklif etdiyim an. Çünki, o güclü müdafiə sistemi qurur, hücum fəlsəfəsinə malikdir və nəyin bahasına olur-olsun böyük qalibiyyətlər əldə etmək istəyir”, - deyə Morqan yazıb.
Jurnalistin bu tvitini klubun müdafiəçisi Hektor Bellerin retvit edərək yazıb: “Ümid edirəm ki, o, imtina edəcək”.
Qeyd edək ki, Pirs Morqan – “Arsenal”ın aktiv fanatıdır və 2015-ci ildən klubu tənqid edir.
Eldar Tanrıverdiyev