“Azərbaycan digər ölkələrdən gələn qaçqınlara da yardım edir” - Vüsal Hüseynov

“Azərbaycan digər ölkələrdən gələn qaçqınlara da yardım edir” - Vüsal Hüseynov
  20 İyun 2018    Oxunub:2512
“Bu gün beynəlxalq təşkilatlar qaçqınlıq problemini yaradan səbəblərdən çox nəticələrə köklənib. İllər üzrə artan statistikanı görürüksə, demək qlobal yanaşmada da dəyişiklər edilməlidir”.
AzVision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinəin rəisi Vüsal Hüseynov Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə deyib. O bildirib ki, vəziyyətin əsas səbəblərindən biri də ikili yanaşmalar, münaqişələr, güc mərkəzlərinin bu məsələyə olan laqeyd yanaşmasıdır.

“Qlobal səviyyədə səylər nə dərəcədə əhəmiyyətlidirsə, yerli səviyyədə də yanaşma çox əhəmiyyətlidir. Ölkəmizdə bu sahədə əlaqələndirmə və koordinasiya çox yüksək səviyyədə tətbiq olunub. Azərbaycan qaçqınlarla bağlı problemin bir qismini həll edib. Bu bir təcrübədir. Ancaq təəssüf ki, bu problemlər sosial məsələlərin həlli ilə bitmir. Biz bu şəxslərin öz yurdlarına qayıtmasına fokuslaşmalıyıq”.

V. Hüseynov bildirib ki, Azərbaycan digər ölkələrdən gələn qaçqınlara da yardım edir: “Bu şəxslərin saxlanması, onlara ilkin yardımların göstərilməsi, təhsil, sosial məsələləri dövlətin diqqətindədir. Heç bir şəxs arzu və istəyi ilə qaçqın olmur, onun bu vəziyyətdən çıxması özü ilə mümkün olmur”.

Aytən Zəhra
AzVision.az




Teqlər: DMX   Vüsal-Hüseynov  





Xəbər lenti