Ordunun 100 illiyinə dair konfrans keçirilib
Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını xatırladaraq ümummilli lider Heydər Əliyevin Cümhuriyyət ordusu ilə başlanan hərb tariximizi, ordu quruculuğu təcrübəsini yeni bir səviyyəyə qaldırdığını, müasir, müstəqil ordumuzun əsasını qoyduğunu və Azərbaycanın müstəqilliyini qorumağa qadir olan bir ordunun memarına çevrildiyini xüsusi vurğulayıb.
Bildirilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer tutmaqdadır və bu nailiyyətin əldə edilməsi ordu quruculuğuna Ali Baş Komandan İlham Əliyevin gündəlik diqqətinin və qayğısının nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev və tarix elmləri doktoru, dosent Mehman Süleymanov qeyd ediblər ki, Cümhuriyyət dövründə yaranan ordu Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xalqın və dövlətin ona bağladığı ümidləri doğruldub.
Daha sonra iştirakçılara Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr edilmiş kitablar təqdim olunub.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi