İranlı turistlər Azərbaycana gələ bilmirlər - Səbəb

İranlı turistlər Azərbaycana gələ bilmirlər - Səbəb
  30 Avqust 2018    Oxunub:5140
2018-ci ilin iyul ayında Azərbaycana səfər edən əcnəbilərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 5,3% artaraq 330 minə çatıb. Əcnəbilərin təqribən üçdə bir hissəsi (119 min nəfər) Rusiya vətəndaşlarıdır. Digər 20 fazi və 15 faiz əcnəbilər isə Yaxın Şərq və Gürcüstanın payına düşür.
Qeyd edilən ölkələrdən gələnlər Azərbaycana səfər etmiş xarici əcnəbilərin 70%-ni təşkil edir. Vacib bir məqam isə odur ki, cari ildə İrandan Azərbaycana gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayidə 35 faiz azalıb. Ötən ildən fərqli olaraq bu il paytaxtda iranlı turistlər o qədər də gözə dəymirlər. Səbəb nədir?

Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov AzVision.az-a açıqlama verərək İrandan gələn turistlərin sayının azalmasını qonşu ölkədəki iqtisadi vəziyyətlə əlaqələndirib.



“İrandan yalnız Azərbaycana deyil, bütün ölkələrə gedən turistlərin sayı azalıb. Bu da İranda baş verən hadisələrlə bağlıdır. Ölkənin iqtisadi problemləri, dollar almaq məhdudiyyətinin olması, iranlı vətəndaşın ölkədən çıxışı zamanı verginin çoxalması, eyni zamanda devalvasiya iranlı turistlərin sayının azalmasına səbəb olub. Hazırda bu ölkədə dollar almaq çətindir. Keçən illə müqayisədə bu il iranlı turistlərin sayı azalıb. Keçən il Bakı və bölgələrdə iranlı turistlər çoxluq təşkil edirdi”.



N.Bağırov qeyd edib ki, iranlı turistlərinin sayının azalması gələn il də müşahidə ediləcək: “Çalışacağıq ki, boşalan İran bazarını başqa ölkələrdən olan turistlərlə əvəz edək. Hazırda Hindistan və digər ölkələrdən axın çoxalır. Digər ölkələrdən ölkəmizə turistləri cəlb etmək üçün işlər görürük”.

Aytən Zəhra
AzVision.az


Teqlər: İran   Turist  





Xəbər lenti