Bakı-Quba yolunun bir hissəsi rənglənir

Bakı-Quba yolunun bir hissəsi rənglənir
  31 Avqust 2018    Oxunub:1520
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci kilometrlik hissəsində bu gün üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri görülür.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, işlər axşam saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Quba   Yol  





Xəbər lenti