“Plastik üzrə 2-ci Forum” başa çatıb
Forumda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev Azərbaycanda plastik tullantıların çeşidlənməsi və təkrar emalı ilə bağlı başladılan işlər barədə çıxış edib, britaniyalı nümayəndələr isə plastik tullantıların idarə olunmasında müasir təcrübələr, bu sahədə qəbul olunmuş strateji sənədlər və hədəflər haqqında məlumat verib.
Böyük Britaniya səfirliyinin təşəbbüsü ilə bu ölkəyə səfər etmiş ETSN-nin əməkdaşları Mehman Nəbiyev və Türkən Kərimzadə tərəfindən plastik tullantıların idarə olunmasında Britaniya təcrübəsi və Azərbaycanda bu sahədə ölkə prezidentinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq görüləcək işlər haqqında, Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova isə Nazirlik tərəfindən həyata keçirilən təbliğat tədbirləri barədə geniş təqdimat keçiriblər.
Forum plastik tullantıların idarə olunması ilə bağlı aparılan müzakirələrlə öz işini yekunlaşdırıb.
Azvision.az
Teqlər: ETSN