Netanyahu: “Siz yeni vəhşiliklərə təhrik edirsiniz”

      Netanyahu:    “Siz yeni vəhşiliklərə təhrik edirsiniz”
  20 May 2025    Oxunub:423
İsrailin baş naziri Benyamin Netanyahu İsrailə qarşı “xüsusi tədbirlər” görəcəkləri ilə hədələyən Böyük Britaniya, Kanada və Fransa hökumətlərinə cavab verib.
AzVision.az xəbər verir ki, Binyamin Netanyahunun sözlərinə görə, yəhudi dövlətinin sərhədlərində HƏMAS terrorçuları məhv olunmadan Fələstin dövlətinin yaradılması üçün İsraildən sağ qalması naminə müdafiə müharibəsinə son qoyması tələbini irəli sürməklə, London, Ottava və Parisdəki liderlər 7 oktyabrda İsrailə qarşı soyqırım hücumuna görə böyük mükafat təklif edir, eyni zamanda bu cür vəhşilikləri daha da qızışdırırlar.

O, müharibənin 2023-cü il oktyabrın 7-də fələstinli terrorçuların İsrail sərhədlərini aşması, 1200 günahsız insanı öldürməsi və 250-dən çox günahsız insanı Qəzza həbsxanalarına qaçırması ilə başladığını xatırladıb.

Netanyahu bu məsələdə İsrailin ABŞ prezidenti Donald Trampın yanaşmasını qəbul etdiyini vurğulayaraq, bütün Avropa liderlərini eyni mövqe tutmağa çağırıb.

“Qalan girovlar azad edilsə, HƏMAS silahlarını yerə qoysa, qatil liderlər qovulsa və Qəzza hərbisizləşdirilərsə, müharibə sabah bitə bilər. Belə vəziyyətdə olan heç bir ölkədən daha az bir şeyə razılıq verməsini gözləmək olmaz və İsrail, şübhəsiz ki, buna razı olmayacaq. İsrail ədalətli vasitələrlə tam qələbəyə qədər özünün müdafiəsini davam etidrəcək”, - Binyamin Netanyahu deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Netanyahu   Avropa   ittiham  





Xəbər lenti