2 ay ərzində 10 milyonuncu vətəndaş dünyaya gələcək

 2 ay ərzində 10 milyonuncu vətəndaş dünyaya gələcək
  22 Fevral 2019    Oxunub:4643
"Azərbaycanda on milyonuncu vətəndaşının bu ilin martın ayının sonu, aprelin əvvəlində doğulacağını gözləyirik"
Azvision.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. Bildirib ki, ümumilikdə əhalinin təbii artım tempində azalma müşahidə edilir.

“Ədliyyə, Səhiyyə nazirlikləri və Dövlət Miqrasiya Xidməti ilə birlikdə bu prosesləri izləyirik. Son bir neçə ildə doğum sayında azalmalar müşahidə edilir. Bunu bizim statistik məlumatlar da təsdiqləyir. 2009-cu ildə keçirilmiş əhalinin son siyahıya alınmasında Azərbaycanda ailənin orta tərkibi 4,7 təşkil edirdi. Bu il keçiriləcək əhalinin siyahıya alınmasında bu rəqəm daha dəqiq göstəriləcək”,- deyə T.Budaqov vurğulayıb.


(Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov)

Aytən Zəhra
Azvision.az




Teqlər: Statistika   Tahir-Budaqov  





Xəbər lenti