Şimşək çaxıb, yağış yağıb - Faktiki hava

   Şimşək çaxıb, yağış yağıb -    Faktiki hava
  17 Avqust 2020    Oxunub:3008
Avqustun 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, düşən yağışın miqdarı Göygöldə 12, Gədəbəydə 10, Daşkəsəndə 9, Tərtərdə 8, Naftalanda 6, Şahbuz, Ağdərədə 5, Şərur, Ağdam, Astara, Bərdədə 4, Kişçay (Şəki), Zərdabda 3 m, Sədərək, Gəncə, Şamaxı, Mərəzə, Beyləqan, Yardımlıda 2, Naxçıvan, Ordubad, Şəmkir, Şəki, Quba, Qırız, Göyçay, Sabirabad, Cəfərxan, Biləsuvar, Lerik, Şahdağda 0-1 mm, Bakıda 6 mm (aylıq normanın 98 faizi) olub.

Şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Naftalanda 18 m/s, Neft Daşları stansiyasında 15 m/s-dək güclənib, dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-30, aran rayonlarında 27-32, dağlıq rayonlarda 13-19, Naxçıvan MR-da 29-31 dərəcə isti olub.

Azvision.az



Teqlər: Hava   Yağış  





Xəbər lenti