Uşaqlara ən çox qoyulan adlar - STATİSTİKA

  Uşaqlara ən çox qoyulan adlar -    STATİSTİKA
  18 Avqust 2020    Oxunub:8981
Bu ilin yeddi ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.
Azvision.az Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, cari ildə doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Bu ad yeddi ayda 1147 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Uğur (1089), Əli (1066), Hüseyn (1016), Məhəmməd (713), Ömər (667), Murad (666), Raul (563), Ayxan (517) və Tunar (480) tutur.



İlin yeddi ayında qız uşaqlarına ən çox Zəhra adı verilib (1163). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (889), Məryəm (829), Aylin (787), Mələk (778), Fatimə (746), Nuray (706), Nilay (647), İnci (586) və Dənizdir (532).

Qeyd edək ki, son beş ildə oğlan və qız uşaqlarına ən çox Yusif və Zəhra adları verilib. Beş il ərzində 12 min 451 uşağa Yusif, 11 min 930 qız uşağına isə Zəhra adı qoyulub.

Azvision.az


Teqlər: Uşaq   Ad   Oğlan   Qız  





Xəbər lenti