Nazirliyin Kollegiyasının yeni tərkibi təsdiqlənib

Nazirliyin Kollegiyasının yeni tərkibi təsdiqlənib
  18 Avqust 2020    Oxunub:2803
Nazirlər Kabineti “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərar verib.
Azvision.az xəbər verir ki, qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

- Ekologiya və Təbii Sərvətlər naziri

Kollegiyanın üzvləri:

- Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri;

- Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının rəhbəri;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ekoloji siyasət şöbəsinin müdiri;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının hüquq məsələləri şöbəsinin müdiri;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;

-Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti