Hikmət Hacıyev xarici KİV-lə brifinq keçirdi
![Hikmət Hacıyev xarici KİV-lə brifinq keçirdi Hikmət Hacıyev xarici KİV-lə brifinq keçirdi](https://azvision.az/photos/2020/10/hikme-1602934746.jpg)
Prezidentin köməkçisi mülki şəxslərin və infrastrukturun Ermənistan tərəfindən davamlı olaraq bilərəkdən hədəfə alındığını söyləyib, Gəncədəki son təxribatlar nəticəsində 2-si uşaq olmaqla 13 nəfərin həlak olduğunu, 50-dən çox insanın yaralandığını və 2 uşağın itkin düşdüyünü təəssüflə bildirib.
Ermənistanın Naxçıvanın Ordubad rayonuna da raketlə hücum etdiyini söyləyən Hikmət Hacıyev bununla rəsmi İrəvan tərəfindən müharibənin coğrafiyasının genişləndirilməsi istiqamətində davamlı cəhdlərin olduğunu xüsusilə vurğulayıb.
Habelə, Prezidentin köməkçisi Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini və mülki şəxsləri müdafiə etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu özündə saxladığını söyləyib.
Daha sonra H.Hacıyev jurnalistlərin suallarını cavablandırıb.
Azvision.az
Teqlər: Hikmət-Hacıyev KİV