BMT-nin Baş katibi Gəncəyə hücumu pislədi

 BMT-nin Baş katibi Gəncəyə hücumu pislədi
  19 Oktyabr 2020    Oxunub:3231
BMT-nin Baş katibi Antonio Quterreş insanların yaşayış yerlərinə edilən bütün hücumları qınayır. Oktyabrın 16-da Gəncə şəhərinə olan hücum nəticəsində uşaqlar da daxil olmaqla mülki şəxslərin həyatını faciəvi şəkildə itirməsi tamamilə qəbulolunmazdır.
Azvision.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrikin bəyanatında deyilir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 52 nəfər yaralanıb.

Azvision.az


Teqlər: BMT  





Xəbər lenti