“Ermənistan humanitar atəşkəs rejimini kobudcasına pozub” - Prezident

 “Ermənistan humanitar atəşkəs rejimini kobudcasına pozub” -  Prezident
  19 Oktyabr 2020    Oxunub:3182
Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi Tvitter hesabında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var: “Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti