“Bizim dostluğumuz əbədiyyətə qədərdir” - Mustafa Şentop

“Bizim dostluğumuz əbədiyyətə qədərdir” -  Mustafa Şentop
  19 Oktyabr 2020    Oxunub:2207
Azərbaycanla Türkiyə arasında münasibətlər dünyada bənzəri olmayan münasibətlərdir.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop jurnalistlərlə görüşündə deyib.

M.Şentop bildirib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır: "Bizim dostluğumuz əbədiyyətə qədər olacaq. Türkiyə haqlı mübarizəsində qardaş Azərbaycanın yanındadır"

TBMM sədri vurğulayıb ki, Dağlıq Qarabağ heç bir zaman Azərbaycandan ayrı olmayıb: "Dağlıq Qarabağ tarix boyunca heç zaman müstəqil olmayıb və bundan sonra da olmayacaq. Bütün beynəlxalq təşkilatlar da Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və Ermənistan tərəfindən işğal olunduğunu qeyd edir".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: TBMM   Sədr  





Xəbər lenti