“Həyatımda heç nəyi dəyişmək istəmirəm” - LAYİHƏ

“Həyatımda heç nəyi dəyişmək istəmirəm” - LAYİHƏ
  10 Fevral 2014    Oxunub:1402
İnsan yaşadığı, var olduğu müddətdə daima həyatında nəyisə dəyişir. Bu bəzən adi, sadə əşyadan tutmuş çevrəyə, dostlara qədər uzanan bir dəyişiklik olur. Kimi xasiyyətini, evini, iş yerini, kimi həyat yoldaşını, kimi də bütünlüklə həyatını dəyişir. Amma fərq etməz, dəyişilənlər və ya dəyişdirilənlər sonradan ömür səhifələrində kiçik, ya da böyük xatirələrə çevrilir. Dəyişikliklər həyatımızda bəzən xoş, bəzən isə xoşagəlməz izlər qoyur.

Amma heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişdirmək imkanımız olmur. İllər ötdükcə isə edə bilmədiklərimiz “kaş ki”lərə çevrilir. “İndiki ağlım olsaydı”, “İndiki pulum olsaydı”, “ İndiki vaxtım olsaydı” ... dəyişərdim kimi ifadələrin bəzən sayı-hesabı olmur.

Beləliklə AzVision.az-ın “Nəyi dəyişərdin?” rubrikasının budəfəki həmsöhbəti millət vəkili Fazil Mustafa olub.

“Heç nəyi dəyişməzdim”



Bu birbaşa insanların taleyi ilə bağlı məsələ olduğuna görə, tale məsləsində bizdən asılı olan və olmayan məqamlar var. Yaşadığımız dövrün səhvinə də düzünə də sahib çıxmağı bacarmalıyıq. Mən bu konteksdən yanaşıram həmişə. Hesab etmirəm ki, hansısa məqamda daha fərqli, daha mənalı yaşamaq imkanları ola bilərdi və bunu qaçırmışıq. Bəlkə də, qaçırmışıq. Amma yaşadığımız dövrün bütün anına sahib çıxmağı bacarmaq lazımdır. Mən də açığı o duyğular yoxdu ki, bu məsələdə hansısa bir düşüncə daşıyım.

“Hər ana sahib çıxmağı bacarmaq lazımdır”



Ömrümdə hansısa anı bir itki saymıram. Uduzduğum anı, yaxşı günləri, faciə yaşadığım anları belə itkidən saymıram, Allahın təqdiri hesab edirəm...

“Peşmançılıq duyğusu təbii ki, yaşayırsan...”



Peşmançılıq üzərində çox durmuram. Xüsusi bir günah kateqoriyasına girə biləcək hansısa bir addımı atmadığım görüşündəyəm. Əgər belə bir addımlar olsaydı, onda daha rahatsız olardım. Hesab edirəm ki, bu baxımdan məsələyə baxmaq lazımdır. Yəni bir az daha çox, itki konteksində yox. Peşmançılıq duyğusu təbii ki, yaşayırsan, daha fərqli bir həyat tərzi, daha fərqli bir anda, insanlarla davranışında başqa bir addımı ortaya qoya bilərsən.

“Gələcəyə baxmağı bacarmaq lazımdır”



Ömrün əvvəli və sonu proqnozlaşdırılmır. Sən nə biləsən ki, 3 il, 5 il sonra belə bir addım atmağın doğru olardı. Ona görə də, hər çıxan zərər faciədir, hər qazandığın fayda da bilmək olmaz ki, faydadır. Bəlkə də, o sənin zərərinədir. Ona görə də, bu konteksdən yanaşmaq məncə daha doğrudur.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti