Naftalana birbaşa uçuşlar olacaq? - Rəsmi açıqlama
- Onlar arasında Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus, Ukrayna, Estoniya, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveyt, Litvadan olan qonaqlar üstünlük təşkil edib. Bununla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, İran, Çin, Almaniya, Gürcüstan, Amerika Birləşmiş Ştatları və Kanadadan olan turistlər üstünlük təşkil edib. Onlar da buradakı kurort və sanatoriyaların xidmətlərdən istifadə ediblər. Hazırda Naftalanda fəaliyyət göstərən turizm obyektlərində bir gündə 2400-dən çox turist müalicə ala və istirahət edə bilər. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalanda gün ərzində ümumilikdə, 3500-ə yaxın turistə hotel və müalicə xidmətləri göstərmək imkanı yaranacaq.
K.Quluzadə qeyd edib ki, Naftalan şəhərinin beynəlxalq sağlamlıq turizm şəhəri kimi tanıdılması üçün son dövrlərdə daha intensiv iş aparılıb.
- Bütövlükdə sovet illəri də nəzər alınmaqla mövcud olduğu dövr ərzində Naftalan şəhəri hazırda ən dinamik inkişaf dövrünü yaşayır və şəhərin sağlamlıq turizm destinasiyası kimi növbəti illərdə daha çox tanınması gözlənilir. Son illərdə şəhərdə yenidənqurma və abadlıq işləri aparılıb, yeni yollar çəkilib. Sağlam və yaşıl şəhər konseptinə əsaslanan, müasir standartlara cavab verən 11 km-ə çatan velosiped yolu salınıb, veloturlar və velosipedlərin kirayəsi xidməti yaradılıb. Yerləşdirmə və müalicə müəssisələrinin sayının artırılması məqsədi ilə hal-hazırda yeni mehmanxana kompleksləri tikilməkdədir, sədrin müşaviri əlavə edib.
Oktyabrın 8-də isə Dövlət Turizm Agentliyinin tabeliyində Naftalan Turizm İnformasiya Mərkəzinin açılışı baş tutub.
Dövlət Turizm Agentliyi tərəfindən beynəlxalq platformalarda Azərbaycanın sağlamlıq turizm imkanlarının təbliğatı aparılır. Həmçinin daimi olaraq Azərbaycanın təmsil olunduğu beynəlxalq turizm tədbirlərində Naftalan nefti və onun müalicəvi əhəmiyyəti barəsində xarici tərəfdaşlara və ziyarətçilərə məlumat verilir.
K.Quluzadə bildirib ki, Sovet dövründə olduğu kimi Naftalan şəhərinə birbaşa uçuşların bərpa edilməsi yaxın gələcəkdə nəzərdə tutulmur. O qeyd edib ki, bu gələcəkdə tələb-təklif əsasında Gəncə Beynəlxalq Hava Limanı üzərindən icra oluna bilər.
Aytən Zəhra
AzVision.az
Teqlər: