III Çarlzın təhlükəsizliyi artırılıb

III Çarlzın təhlükəsizliyi artırılıb
  15 İyul 2024    Oxunub:894
Böyük Britaniya Kralı III Çarlz ölkənin yeni seçilmiş parlamentinin açılış mərasimində iştirak edəcək.
AzVision.az xəbər verir ki,
Britaniyada seçkilərdə Leyboristlər qalib gəlib
polislər Parlament Evi yaxınlığında maneələr quraşdırmağa başlayıb, yüzlərlə polis məmuru, o cümlədən mülki geyimli agentlər Londonun mərkəzində və bütün ətraf küçələrdə yerləşdiriləcək.

Bu qərar ABŞ prezidentliyinə namizəd olan Donald Trampa sui-qəsd cəhdindən sonra verilib.

Qeyd edək ki, Böyük Britaniyada Parlamentin açılış mərasimi çərşənbə günü, iyulun 17-nə təyin edilib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   IIIÇarlz   Tramp  





Xəbər lenti