"Hizbullah"ın komandiri öldürülüb

   "Hizbullah"ın komandiri öldürülüb
  31 İyul 2024    Oxunub:1395
Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatının yüksəkrütbəli komandiri Fuad Şükr paytaxt Beyrutdakı binaların birinə İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində həyatını itirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Hizbullah" hücum faktı ilə bağlı bəyanat yaysa da, Şükrün öldüyünü hələlik təsdiqləməyib.
HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü

Xatırladaq ki, bu gecə Fələstinin HƏMAS təşkilatının da siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda iqamətgahına aviazərbə nəticəsində ölüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   Hizbullah   HƏMAS   komandir  





Xəbər lenti