Ərdoğan: "Bu xain sui-qəsdi qınayıram"

      Ərdoğan:    "Bu xain sui-qəsdi qınayıram"
  31 İyul 2024    Oxunub:1014
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdə uğramasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, "X" hesabında paylaşılan postda o, Fələstin xalqına başsağlığı verib:

"Fələstinli qardaşlarımızı bütün imkanlarımız və gücümüzlə dəstəkləməyə davam edəcəyik".
HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü

Xatırladaq ki, HƏMAS-ın rəhbərlərindən biri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum zamanı öldürülüb. Türkiyənin Xarici İşlər Nazirliyi də hadisə ilə bağlı Fələstin xalqına başsağlığı verərək, "hücumun Qəzzadakı müharibəni regiona yaymaq məqsədi daşıdığını" vurğulayıb.


Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   Ərdoğan   HƏMAS   münasibət  





Xəbər lenti