8 rayonda aqrar turizm obyekti yaradılacaq
O, bildirib ki, beynəlxalq donorların dəstəyi ilə gerçəkləşdiriləcək layihə çərçivəsində 8 rayonda mövcud nümunəvi təsərrüfatların imkanlarından aqrar turizm məqsədilə istifadə edilməsi nəzərdə tutulub.
"Hazırda bu təsərrüfatların müəyyənləşməsi prosesi gedir. Yerli və xarici turistlərin marağını cəlb edə biləcək təsərrüfatlarda müvafiq infrastruktur formalaşdıqdan sonra həmin obyektləri turizm şirkətlərinin müştərilərə təklif etdiyi paketlərə daxil etmək niyyətindəyik. Bildiyiniz kimi xarici ölkələrdə bu kimi təcrübələr geniş yayılıb, elə qonşu Türkiyədə, Gürcüstanda kənd turları, aqrar turlar turistlərin istifadə etdiyi ən geniş yayılmış turlardan biridir. Biz aqrar turizmi inkişaf etdirməklə həm fermerlərə dəstək ola bilər, həm də ölkənin turizm potensiləndan daha geniş faydalanmağa töhfəmizi vermiş olarıq".
Aytən Zəhra
Azvision.az
Teqlər: