Nazirliyin işçiləri təltif edilib - SİYAHI

  22 May 2018    Oxunub : 493
Nazirliyin işçiləri təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:

Musayev Şahbəddin Cabbar oğlu
Şirəliyev Sadiq Qəzənfər oğlu
Tayıbov Rəhimbəy Tayıb oğlu.

Dövlət başçısı həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilib:

“Tərəqqi” medalı ilə

Axundov Mehman Maqsud oğlu
Əhmədova Xanım Nutvəli qızı
Əsgərova Aybəniz İman qızı
İsmayılov Məhərrəm Həsən oğlu
Məmmədova Gülnarə Əjdər qızı
Mustafayev Səlim İbrahim oğlu
Sadıqov Zahir Valeh oğlu
Salahov İlham Abdulla oğlu
Səfərov Oruc İsa oğlu
Vəliyev Rəfi Həbibullah oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Səttar-zadə Rasim İsrafil oğlu
Yaqubova Solmaz Bala-ağa qızı
Zülfüqarova Vəfa Məhəmməd qızı.

AzVision.az

Teqlər: İlham-Əliyev   ETSN