Əməyin mühafizəsi ilə bağlı tədbir keçirilib

Əməyin mühafizəsi ilə bağlı tədbir keçirilib
  25 Fevral 2019    Oxunub:1639
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Nərimanov rayonunda “Əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri” mövzusunda maarifləndirici tədbir keçirib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, işəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinin, əməyin mühafizəsi normalarının, standart və qaydalarının əmək münasibətlərinin tərəfləri, digər fiziki və hüquqi şəxslər üçün məcburi olduğu diqqətə çatdırılıb. Habelə müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələbləri və işçinin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlardan bəhs olunub.



Diqqətə çatdırılıb ki, işçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməlidir. Onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir.



Azvision.az





Teqlər: ƏƏSMN  





Xəbər lenti