Prezident Küveyt rəhbərliyini təbrik edib

Prezident Küveyt rəhbərliyini təbrik edib
  25 Fevral 2019    Oxunub:1436
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin əmiri Əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim sülh və firavanlıq diləyirəm".

Dövlət başısı Küveyt Dövlətinin Vəliəhdi Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahaı da təbrik edib. Təbrikdə deyilir:

"Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Prezident İlham Əliyev həmçinin Küveyt Dövlətinin Baş naziri Əlahəzrət Şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha da təbrik məktubu göndərib. Məktubda bildirilir: "Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Küveyt münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti