Gömrükdə müsadirə edilən tarixi eksponatlar - FOTOREPORTAJ

Gömrükdə müsadirə edilən tarixi eksponatlar -  FOTOREPORTAJ
  25 Fevral 2019    Oxunub:5869
Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində Gömrük Tarixi Muzeyi fəaliyyət göstərir.

Azvision.az xəbər verir ki, Gömrük Tarixi Muzeyi 2006-cı ildə yaradılıb.
Muzey müxtəlif vaxtlarda qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməyə cəhd göstərilən və gömrükçülər tərəfindən saxlanılan tarixi eksponatlardan təşkil edilib.



600-dən çox eksponatın saxlanıldığı muzeydə yalnız Azərbaycanın deyil, Qərbi Avropa, Rusiya, həmçinin Şərq ölkələrinin incəsənətini təmsil edən dəzgah rəssamlığı, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri, Qədim Roma, Bizans imperiyası, Səfəvilərin hakimiyyəti dövrünə aid sikkələr, XIX-XX əsrlərə aid "Quran" və "İncil" nüsxələri, ikonalar, müxtəlif dinlərə aid əşyalar toplanıb.

Həmçinin, bu muzeydə eramızdan əvvələ aid eksponatlara da rast gəlmək olar.































































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Gömrük   Muzey  





Xəbər lenti