Bakıda yanğın tıxaca səbəb oldu

 Bakıda yanğın tıxaca səbəb oldu
  25 Fevral 2019    Oxunub:1708
Bakının Yasamal rayonunun Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, bu səbəbdən Ş.Mehdiyev küçəsi və Tbilisi prospekti şəhər istiqamətndə hərəkət edən müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir: “Hazırda avtobuslararası intervalın stabilləşməsi üçün zəruri tədbirlər görülür. Sərnişinlərdən bunu anlayışla qəbul etmələrini xahiş edirik”.

Azvision.az


Teqlər: BNA   Tıxac  





Xəbər lenti