“Ermənistan qanunsuz fəaliyyətini genişləndirib” - Hikmət Hacıyev

 “Ermənistan qanunsuz fəaliyyətini genişləndirib” -  Hikmət Hacıyev
  25 Fevral 2019    Oxunub:2478
"Ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz fəaliyyəti bu gün də davam edir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Bildirib ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunduqdan sonra həmin ərazidə qanunsuz fəaliyyətə başlanılıb.

PA rəsmisinin sözlərinə görə, Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətini daha da genişləndirib, Azərbaycanın təbii və mineral sərvətlərini istismar edərək, dünya bazarında satışa çıxarır.

H.Hacıyev, həmçinin əlavə edib ki, beynəlxalq qanunvericiliyə əsasən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərmək qadağan olunur: "Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara əməl etmir. Azərbaycan tərəfinin müraciəti əsasında ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq keçirib və Ermənistanın qanunsuz fəaliyyəti təsdiq olunub. Ermənistan tərəfinin qanunsuz fəaliyyəti münaqişənin sülh yolu ilə həllinə maneə törədir".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti