“Suriyadan erməniləri Azərbaycan ərazilərinə köçürürlər” - PA-nın şöbə müdiri
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Ermənistan tərəfi beynəlxalq humanitar qanunları kobud şəkildə pozur və erməniləri heç vaxt yaşamadıqları Azərbaycan ərazilərinə köçürürlər. Beynəlxalq qanunlara əsasən insanları kütləvi şəkildə münaqişə zonasına köçürmək yolverilməzdir. Lakin Ermənistan tərəfi buna məhəl qoymur və öz qanunsuz fəaliyyətini davam etdirir. Bu, bir daha göstərir ki, Ermənstan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına maraqlı deyil”.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: PA Hikmət-Hacıyev