“Bakının mövqeyi həmsədrlərin diqqətinə çatdırıldı” - PA rəsmisi

   “Bakının mövqeyi həmsədrlərin diqqətinə çatdırıldı” -    PA rəsmisi
  25 Fevral 2019    Oxunub:2229
"ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi bir daha onların nəzərinə çatdırılıb".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, münaqişənin həlli prosesinə nəzərə yetirsək, hazırda Ermənistan tərəfindən müəyyən iddialar səsləndirilir: "Bu, danışıqlar prosesinin ümumi ruhuna xələl gətirir. Hesab edirik ki, beynəlxalq ictimiayyət və həmsədr ölkələr daha aktiv səylər göstərək Ermənistanın danışıqlar prosesində konstruktiv rol oynamasını təmin etməlidirlər. Azərbaycan danışıqlar prosesini dəstəkləyir və konstruktiv mövqeyimiz beynəlxalq ictimiayyət tərəfindən yüksək dəyərləndirilir".

PA-nın şöbə müdiri vurğulayıb ki, hazırda Azərbaycan xə Ermənistan xarici işlər nazirlərinin, həmçinin hər iki ölkənin rəhbərlərinin yaxın gələcəkdə görüşünə dair hər hansı bir məlumat yoxdur.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: PA   Hikmət-Hacıyev  





Xəbər lenti