Yeni Prezident təqaüdləri təsis edilib

 Yeni Prezident təqaüdləri təsis edilib
  25 Fevral 2019    Oxunub:2297
Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bu gün imzaladığı sərəncama əsasən, Azərbaycanda yeni Prezident təqaüdləri təsis edilib.

Azvision.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə aşağıdakı şəxslər üçün yeni təqaüdlər nəzərdə tutulur:
- I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;

- müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi.

Azvision.az


Teqlər: Təqaüd   Sərəncam  





Xəbər lenti