Baş Prokurorluqda “İşin Təşkili Qaydaları” təsdiq olundu, 100-dən artıq əmr ləğv edildi

Müzakirələrin nəticəsi olaraq, Baş Prokurorluğun 30 iyul 2020-ci il tarixli Kollegiya iclasında “İşin Təşkili Qaydaları” təsdiq olunub və 01 avqust 2020-ci il tarixdən etibarən bütün prokurorluq orqanlarında qüvvəyə minib, həmin qaydaların qüvvəyə minməsi ilə əlaqədar, qurum üzrə 100-dən artıq əmr və normativ xarakterli digər hüquqi sənədlər tam və ya qismən ləğv olunub.
Əlavə edilib ki, hazırda bu Qaydaların tələbləri rəhbər tutulmaqla, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı şəhər prokurorluqlarında da “İşin Təşkili Qaydaları”nın hazırlanması prosesi davam etdirilməklə, ləğv olunmalı normativ sənədlərin siyahısı müəyyənləşdirilir.
Azvision.az
Teqlər: Baş-Prokurorluq