Sahibkarlar hərbi hissələrə sovqat apardı - FOTO

Sahibkarlar hərbi hissələrə sovqat apardı -    FOTO
  17 Avqust 2020    Oxunub:2618
Muxtar respublikada meyvə bağlarından və bostanlardan toplanan məhsulların hərbi hissələrə verilməsi artıq ənənə halını alıb.
Azvision.az xəbər verir ki, xalq-ordu birliyinə nümunə olaraq növbəti dəfə Babək rayonunun Nehrəm qəsəbəsindən olan sahibkarlar Çəmşid Həsənov və Əhməd Sadiqov tərəfindən 5 ton qarpız və 300 kiloqram badımcan hərbi hissəyə təhvil verilib.

Əsgərlərlə görüşdə təsərrüfatçılar bildiriblər ki, bu gün Azərbaycan əsgəri ilə xalq arasında qırılmaz bağ var. Bundan sonra da mövsümdə yetişən meyvə və bostan məhsulları toplanan zaman əsgərlər üçün sovqat ayrılacaq.

Hərbi hissənin əsgəri İlkin Salmanov göstərilən diqqətə görə minnətdarlıq edib.

Sonda gətirlən sovqat hərbi hissəyə təhvil verilib.







Azvision.az


Teqlər: Naxçıvan   Sahibkar   Məhsul   Hərbi-hissə  





Xəbər lenti