Qardaş Türkiyənin ən önəmli beyinlərindən biri sayılan bu alim 6 yaşına qədər nə yeriyib, nə də danışıb. Məktəbdə sinif yoldaşları və müəllimi tərəfindən bullinqə məruz qalsa da, savadı
və biliyi ilə çətinlikləri aşaraq hələ uşaq yaşlarından arzuladığı mövqeyə çatıb.

Karakaş xəstəliyinə boyun əyməyərək, ilk addımlarını atmağa başlayanda diqqətini məhz səmaya yönəldir. Göy cismləri arasındakı heyrətamiz ahəngə və nizama heyran qalan gələcəyin alimi bu möhtəşəm mənzəni məhz riyaziyyat elmi ilə bağlayır və bütün gücünü bu fənni öyrənməyə yönəldir.
Müsahibələrinin birində T. Karakaş deyir: “Oxuyub - yaza bilməyənin məktəbdə nə işi var? Sən əqli qüsurlu uşaqlar üçün olan məktəbə get. Onsuz da burada əzilirsən" kimi münasibət gördüm. Çalışmaq, çalışmaq , çalışmaq ... Bizim çalışmaqdan başqa heç bir alternativimiz yoxdur. Həmişə bütün gücümü riyaziyyata verdim.
Həyatın ən asan üsulunun özümü izah etmək olduğunu, həyatın əslində riyaziyyatla başladığını düşünürəm. Çünki hər şeyin bünövrəsi riyaziyyatdır.

TÜBİTAK yarışlarında və riyaziyyat olimpiadalarında Türkiyə birinciliyim və fizika olimpiadalarında Türkiyə ikinciliyim oldu. Tək başıma özümü tarazlayıb göy üzünə baxanda 9 yaşım var idi. Həmin an xəyal etdiyim riyazi mühiti göy üzündə tapdım və o gün kosmosla bağlı bir iş görəcəyimə qərar verdim".
O, kosmos mühəndisi olacağını deyəndə məktəbdə onu çox lağa qoymuşdular. Karakaş isə universitet imtahanında Türkiyənin 25- cisi oldu. Ankara Universitetinin Astronomiya və Kosmos Elmləri fakültəsində magistr və doktoranturanı bitirdi. Hazırda TÜBİTAK SAGE -də
işləyir.

"Türkiyə üçün nələrsə etməli olduğuma inanıram və buna görə heç yerə getmərəm, Türkiyənin əsgəriyəm. Düşmənlərimizi məğlub etməyin tək yolu bizim birlik nümayiş etdirməyimizdir".
Bir çox xarici ölkədən təkliflər alan kosmos mühəndis heç bir təklifi qəbul etmir və bütün gücünü Vətəninə həsr edəcəyini deyir. 44 yaşlı alim evlidir , bir qız övladı atasıdır.

Ləman Bağdad
AzVision.az