Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub
  14 Sentyabr 2024    Oxunub:396
Onlardan 82-si sıravi və çavuşdur. Hərbi Əsirlərlə Davranış məsələləri üzrə Koordinasiya Qərargahının qeyd etdiyi kimi, bu dəfə azad edilənlərin hamısı kişidir.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalı məlumat verib .

“Daha 103 döyüşçü Rusiya əsirliyindən Ukraynaya qaytarılıb”, - deyə Zelenski yazıb.

“Azad edilmiş 69 hərbi qulluqçu Mariupol şəhərinin müdafiəsində iştirak edib. Onların arasında iki ÇAES(Çernobıl Atom Elektrik Stansiyası - red.) mühafizəçisi də var. Daxili İşlər Nazirliyinin rəisi İqor Klimenkonun sözlərinə görə, azad edilmiş 51 nəfər nazirliyin sistemindəndir: 38 qvardiyaçı, 8 sərhədçi, 4 polis və bir xilasedici”, - deyə o əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti