Vəziyyəti sabitləşdirmək üçün hakimiyyət münaqişə bölgəsinə əlavə qüvvələr göndərib və təhlükəsizlik tədbirlərini gücləndirib.
İsrail mediası, öz növbəsində, toqquşmalar nəticəsində ən azı dörd druz döyüşçünün öldürüldüyünü yazır. Gərginliyə səbəb sosial şəbəkələrdə Druzi şeyxinə aid olduğu bildirilən və Məhəmməd peyğəmbərin ünvanına təhqirlər ehtiva edən səs yazısının yayılması olub.
Qeyd edək ki, druzlar Yaxın Şərqdə ərəblərin etnik-dini qrupudur. Onlar neoplatonizm, qnostisizm və yəhudilik elementləri olan ismaili şiəliyinə əsaslanan xüsusi monoteist dinə etiqad edirlər. Suriya druzların əsas yaşayış mərkəzidir. Burada 700 minə yaxın druz və ya ölkə əhalisinin təxminən 3%-i yaşayır. Druzlar Suriyada kürdlər və ələvilərdən sonra üçüncü ən böyük etno-konfessinal azlıqdır.
— Newsfeed (@Newsfeed883920) April 29, 2025
Sahil İsgəndərov
AzVision.az