İcra hakimiyyətindən partlayışla bağlı Açıqlama (Yenilənib)
İcra rəsmisi bildirib ki, partlayış nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması haqda onlara məlumat daxil olub. Hələlik ölüm faktı rəsmi şəkildə təsdiqini tapmayıb.
Vasif Əliyev, həmçinin qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.
***
İcra rəsmisi Vasif Əliyev bildirib ki, zavodda partlayış hələ davam edir. Onun sözlərinə görə, əraziyə yaxınlaşmaq olmur. Hadisəni nəzarət altına almaq mümkün deyil.
Aytən Zəhra
AzVision.az