“Ədliyyə, Səhiyyə nazirlikləri və Dövlət Miqrasiya Xidməti ilə birlikdə bu prosesləri izləyirik. Son bir neçə ildə doğum sayında azalmalar müşahidə edilir. Bunu bizim statistik məlumatlar da təsdiqləyir. 2009-cu ildə keçirilmiş əhalinin son siyahıya alınmasında Azərbaycanda ailənin orta tərkibi 4,7 təşkil edirdi. Bu il keçiriləcək əhalinin siyahıya alınmasında bu rəqəm daha dəqiq göstəriləcək”,- deyə T.Budaqov vurğulayıb.

(Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov)
Aytən Zəhra
Azvision.az