943 hektar meşədə zərərverici aşkarlanıb

943 hektar meşədə zərərverici aşkarlanıb
  03 İyul 2017    Oxunub:1530
Cənub bölgəsində meşə təsərrüfatı sahələrində şümşad ağaclarının təhlükəli zərərvericilərdən qorunması istiqamətində mübarizə tədbirləri davam etdirilir.
Bu barədə AzVision.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən məlumat verilib.

Xidmətin əməkdaşları tərəfindən Lənkəran, Astara, Masallı və Lerik rayonları ərazisində ümumilikdə 943 hektar meşə təsərrüfatı sahəsində müşahidə işləri həyata keçirilib. Müşahidə zamanı şümşad ağaclarının “Şümşad odlucası” adlanan zərərvericisinin ikinci nəslinin tırtılları aşkar olunub.

Bildirilib ki, Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi mərkəzinin yerli qurumunun əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Astarada 63 hektar, Lənkəranda 48 hektar, Masallıda isə 8 hektar meşə təsərrüfatı sahələrində adıçəkilən zərərvericilərə qarşı mübarizə aparılıb.

Mübarizə tədbirləri “Mitsubishi” markalı avtomobilə quraşdırılmış İtaliya istehsalı olan “Skaut” tipli müasir və yüksək manevr qabiliyyəti olan çiləyici aqreqatlar vasitəsi ilə həyata keçirilir. Tədbirlərin əsas məqsədi, adıçəkilən zərərvericilərin respublikamız ərasizində yayılmasının, eləcə də kənd təsərrüfatına və ətraf mühitə dəyən ziyanın qarşısı almaqdan ibarətdir.

Hazırda adları qeyd edilən rayonlarda meşə təsərrüfatının zərərvericilərdən qorunması istiqamətində genişmiqyaslı mübarizə tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: Nazirlik  





Xəbər lenti