Baş nazirlər birgə şam ediblər

Baş nazirlər birgə şam ediblər
  30 Avqust 2018    Oxunub:1599
Avqustun 30-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun adından Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin şərəfinə şam yeməyi verilib.
AzVision.az xəbər verir ki, şam yeməyindən əvvəl Azərbaycanın və Gürcüstanın baş nazirləri Bakı buxtasını və paytaxtın buradan görünüşünü seyr ediblər. Novruz Məmmədov qonağa paytaxtımız haqqında məlumat verib.

Süfrə arxasında səmimi söhbət zamanı ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Baş-Nazir  





Xəbər lenti