“Bir manat belə rüşvət alsaq, həbs olunmağa hazırıq” - Səfər Mehdiyev

 “Bir manat belə rüşvət alsaq, həbs olunmağa hazırıq” -  Səfər Mehdiyev
  27 Dekabr 2018    Oxunub:43447
“Rəsmi olaraq bəyan edirəm ki, əgər burada mən də daxil olmaqla əyləşən gömrük əməkdaşları bir manat belə rüşvət alsaq, həbs olunmağa hazırıq”.
Azvision.az -ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, təkcə Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində korrupsiya ilə əlaqədar gömrük xidmətinin 20 əməkdaşı tutulub: “Əgər sizdə gömrük sahəsində korrupsiya ilə bağlı hər hansı bir məlumat varsa, onda gəlin bu neqativ halların aradan qaldırılması üçün əməkdaşlıq edək. Gəlin, bizə müəyyən bir vaxtda və yerdə bu adama 10 manat məbləğində pul verdiyinizi deyin. Əgər biz bu məlumata reaksiya verməsək, onda bizi korrupsiyalaşmış qurum kimi qələmə verə bilərsiniz”.

"Biz şou düzəltmirik"- deyən komitə sədri qeyd edib ki, biz gömrük sahəsində ilin 365 günü korrupsiyaya qarşı mübarizə aparacağıq.

"Mən KİV nümayəndələri ilə əməkdaşlığa açığam və onları dialoqa çağırıram. Əgər mən korrupsiya üstündə yaxalanmış öz əməkdaşımı həbs etməsəm, onda yaza bilərsiniz ki, söylədiklərim boş sözlər və reklam idi. Dövlət başçısının dediyi kimi, məqsədimiz gömrük sahəsində tam şəffaflığı təmin etmək və Avropa standartları ilə işləməkdir”.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: DGK   Korrupsiya  





Xəbər lenti