Gənc sərhədçilər and içdi - FOTOLAR

Gənc sərhədçilər and içdi -    FOTOLAR
  22 Fevral 2019    Oxunub:2103
Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasi­mi keçirilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azvision.az -a verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildik­dən sonra mərasim açıq elan edilib. Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi heyə­ti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­­liyev Vətənin, dövlətin mənafeyi nami­nə qa­nın­dan və canından keç­­­­­mə­yə həmişə hazır olan, bunu xidməti-döyüş fəaliyyəti ilə dəfə­lər­lə nü­­mayiş etdirən Azərbaycan sərhədçisinin Hey­dər Əli­yev dövlətçi­li­yinə hər zaman sadiq olmasını, Azərbaycan Res­public­kasının Pre­zidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən döv­lət sərhədlərinin mühafizəsi mə­sə­lə­lərinə böyük önəm verilməsi, ali diq­qət və qayğı göstərilməsi sa­yə­sində öl­kəmizin sərhəd mühafizəsi­nin ən müasir tələblər səviy­yə­sinə qal­dı­rıl­masını xüsusi qeyd edib.



Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ermənistan ilə dövlət sər­­­­­hədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xəttində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təhvil alınması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata keçirilməsi əmrinin hər bir Azərbaycan sərhədçisinə etibar və etimadın növbəti ifadəsi olması, şəxsi heyətə böyük qürur hiss­ləri ya­şatması qeyd olunub, yaxın müd­dətdə sərhəd döyüş məntəqə­lə­rində yüksək stan­dartlara cavab verən xidməti və məişət şəraitinin təmin edilməsi işlərinin tam yekunlaşdırı­lacağı bildirilib.



Hazırda dövlət sərhədində, sər­həd döyüş səngərlərində, ağır iq­lim və relyef şəritində xidməti vəzi­fələrini böyük şücaət və əzmkar­lıq­­­la yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqətinin, döyüş ru­hunun, vətənpərvərliyinin, düşmənə nifrətinin həd­siz və hüdud­suz olması xüsusi vurğulanıb.



2016-cı ilin aprelində əks-hücum əməliyyatı za­ma­nı düşmənin müdafiə xət­tinin, döyüş mövqelərinin, disloka­si­ya yer­lərinin, ko­man­da-da­yaq mən­­­təqələrinin, qərargahlarının dar­ma­­dağın edil­mə­sinə, düş­mən üzərində qələbənin əldə olun­masına Azər­baycan sərhəd­çisinin ciddi töhfə verməsi qeyd olunub.



Ən yaxın müddətdə Azərbaycan Respublikası­nın Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altın­da işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edi­lə­cəyinə, düş­mən üzə­rin­də son qələbənin əldə olunmasında Azərbaycan sər­həd­çisinin də bö­yük şərəflə iştirak edəcəyinə və azad ediləcək dövlət sər­həd­lərində dövlət bayrağımızın dalğalanacağına əminlik ifadə olunub.



Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərə gə­ləcək xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələrə nail olmaları arzulan­ıb.



Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədləri­nin keşiyində ayıq-sayıq dayanmaları barədə məsləhət və nəsihətlərini çatdır­ıb­lar. Xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələr gös­tərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub. Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən ke­çidi ilə başa çatıb.



Andiçmədən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kovnik Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə gö­rüşüb, onların övladlarının Vətəninə, dövlətinə faydalı vətəndaş, lə­yaqətli insan, əsl sərhədçi kimi formalaşmasına Dövlət Sərhəd Xidməti tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərin hərbi his­sələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etməsini bildirmiş, oğullarının hərbi andı qəbul edərkən keçirdikləri iftixar hissləri mü­na­sibətilə hər bir valideyni təbrik edib.








Azvision.az



Teqlər: DSX  





Xəbər lenti