Meşə fondunun turizm potensialı genişləndirilir

   Meşə fondunun turizm potensialı genişləndirilir
  23 Fevral 2019    Oxunub:2511
Azərbaycanda meşə ehtiyatlarından səmərəli istifadə edilməsi çərçivəsində meşə fondunun turizm potensialından geniş yararlanması nəzərdə tutulur.

Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanda meşə fondunun turizm potensialı genişdir və dağ turizminin inkişafı üçün perspektivlər var.

"Hazırda meşələrin rekreasiya təzyiqi normalarının müəyyənləşdirməsi istiqamətində iş gedir. Turistlərin hərəkəti üçün müvafiq cığırlar qoyulacaq, istirahət üçün yerlər müəyyənləşdiriləcək və bundan sonra həmin meşə ərazisinin turizm obyekti olduğu müəyyən olunacaq".

Keçən ildən işlərə başlandığını deyən nazirlik rəsmisi bildirib ki, artıq Qusar, Quba, Göygöl, Şəki, Qax, Gədəbəy, Daşkəsəndə turizm marşrutları mövcuddur. "Bu yerlədə turizm potensialından istifadə olunur. Milli Meşəçilik Proqramı çərçivəsində isə işlər davam etdiriləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Turizm   Meşə  





Xəbər lenti