Komitə sədri vətəndaşları qəbul edib

Komitə sədri vətəndaşları qəbul edib
  23 Fevral 2019    Oxunub:1365
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ağsu şəhərində vətəndaşları qəbul edib.
Komitədən Azvision.az -a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.



Qəbulda bölgədə yerləşən - Ağsu, Şamaxı, İsmayıllı və Qobustan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.



Azvision.az


Teqlər: DGK   Komitə  





Xəbər lenti