Şəkidə miqrasiyadakı yeniliklərlə bağlı məlumatlar verilib

  23 Fevral 2019    Oxunub : 841
Şəkidə miqrasiyadakı yeniliklərlə bağlı məlumatlar verilib
Şəki regional “ASAN xidmət” mərkəzində mərkəz işçilərinin və ASAN Könüllülərinin ümumilikdə 32 nəfərin iştirakı ilə miqrasiya sahəsindəki yeniliklərlə ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması mövzusunda görüş keçirilib.
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsindən Azvision.az -a verilən məlumata görə, tədbir iştirakçılarına Dövlət Miqrasiya Xidmətinin (DMX) fəaliyyət istiqamətləri, əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyəti, işə cəlb olunma qaydaları, DMX-nın elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib.



Xidmət tərəfindən təqdim olunan 11 elektron xidmətdən istifadə qaydaları izahlı video təlimat vasitəsi ilə əyani şəkildə göstərilib, bununla bağlı verilən suallar cavablandırılıb. Həmçinin tədbir iştirakçılarına “MİGAZ”ın istifadəsi və tətbiqində olan yeniliklər ilə bağlı məlumatlar verilib və video təlimat vasitəsi ilə göstərilib. Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.

Azvision.az

Teqlər: DMX   Şəkir   Əcnəbi