DMX Göyçayda maarifləndirmə tədbiri keçirib
Tədbirdə Ağsu regional miqrasiya idarəsinin məsul vəzifəli şəxsləri tərəfindən miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərlə bağlı məlumatlar verilib, mobil tətbiq - “MİGAZ”ın funksiyaları, istifadə qaydaları əyani göstərilməklə geniş izah olunub, həmçinin DMX tərəfindən göstərilən elektron xidmətlər “Azərbaycan Respublikasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, onlara ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsi qaydaları” video slayd vasitəsilə nümayiş etdirilib. Sonra DMX tərəfindən hazırlanmış məlumatlandırma vərəqləri tədbir iştirakçılarına təqdim edilib və onları maraqlandıran suallar cavablandırılıb.
Sonda 15 nəfərə səyyar xidmət göstərilib. Onlardan 3 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi, 8 nəfərə ölkədə müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı sənədlərin siyahısı, həmçinin 1 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və 3 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı qərar təqdim olunub.
Azvision.az
Teqlər: DMX