Bakıda iki yolda hərəkət məhdudlaşdırılır

   Bakıda iki yolda hərəkət məhdudlaşdırılır
  23 Fevral 2019    Oxunub:1508
Sabah saat 22:00-dan etibarən fevralın 25-i səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat agentliyindən məlumat verilib.

“Səbəb qeyd edilən ərazilərdə üfiqi nişanlanma xətlərinin çəkilməsidir. Sürücülərdən bunu anlayışlar qarşılamalarını xahiş edirik”, - deyə BNA-nın yaydığı məlumatda bildirilib.

Azvision.az



Teqlər: BNA   Yol  





Xəbər lenti