“YAP-ın namizədlərinin kifayət qədər üstünlüyü var” - Siyavuş Novruzov

 “YAP-ın namizədlərinin kifayət qədər üstünlüyü var” -    Siyavuş Novruzov
  20 Yanvar 2020    Oxunub:3261
"Yeni Azərbaycan Partiyasından (YAP) 123 nəfərin namizədliyi qeydə alınıb. Yanvarın 17-dən isə təbliğat-təşviqat kampaniyasına start verilib".

Azvision.az xəbər verir ki, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, kampaniyada partiya üzvləri iştirak edirlər.
"Hər bir yerdə hər bir namizəd üçün bərabər şərait yaradılıb, qapalı və açıq yerlər müəyyənləşdirilib. Orada görüşlər keçirilir, biz insanlarla birbaşa yaşadığı ünvanlarda görüşməyə üstünlük veririk ki, partiya tərəfindən aparılan siyasət birbaşa insanlara çatdırılsın. Partiyanın, dövlətin, Prezidentin apardığı siyasət birbaşa insanlara çatdırılır. YAP-ın namizədlərinin bu baxımdan kifayət qədər üstünlüyü var. Hesab edirik ki, bu mərhələni uğurla başa çatdıracağıq", - deyə S.Novruzov qeyd edib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAP   Siyavuş-Novruzov  





Xəbər lenti